Əlaqə Arxiv
news Image
2017.06.29
14:59
| A A A
Məktəbəqədər təhsillə əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur

Peşə təhsili müəssisələrinin optimallaşdırılması davam etdirilir. Artıq bir çox peşə təhsili müəssisələri optimallaşdırılıb və onların bazasında böyük imkanlara malik peşə tədris mərkəzləri yaradılıb".

Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əsas məqsəd peşə təhsilinin keyfiyyətini artırmaqla peşə təhsili müəssisələrini bitirən hər bir məzunun iş tapması imkanlarını asanlaşdırmaqdır.

M.Cabbarov deyib ki, optimallaşdırılan peşə məktəblərinin müəllimlərinin və digər işçilərinin yerləşdirilməsi Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilir: "Burada həm sosial müdafiəyə ehtiyacı olan kadrlara dair alətlər tətbiq edilir, həm də təhsilin keyfiyyətinin artırılması üçün müəllimlərin bilik və bacarıqlarının qiymətmətləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir".

Nazir bildirib ki, son 1 ildə ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə dairəsi 55 faizə çatıb.

M.Cabbarov qeyd edib ki, dövlət məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qruplarının yaradılması işi davam etdiriləcək. 2020-ci ilədək məktəbəqədər təhsillə əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur.

Sizin Reklam Yeriniz