Əlaqə Arxiv
news Image
2013.02.22
16:43
| A A A
Borclu dövlət qurumlarından DSMF-yə cavab gəldi
Anar Cəbrayıllı: «Bu il ərzində o borcu tam bağlayacağıq» Süleyman Süleymanov: «Borcumuz olan zaman ödəyirik»

Elman Babayev: "Əgər həmin qurumlar borclarını yaxın zamanda ödəməsələr, qanunvericilikdə nəzərdə tutulmuş normalar daxilində onlar haqqında tədbirlər görüləcək"

Məlumat verildyi kimi bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fonda ən böyük borcu olan qurumların adlarını açıqlayıb.

O bildirib ki, hazırda DSMF-yə ən böyük borcu olanlar "Azərsu" ASC, "Azneftkimyamaş" ASC və Müdafiə Sənayesi Nazirliyidir. O, bu üç qurumdan "Azərsu" ASC-nin borcunun miqdarını açıqlayıb: "Azərsu"nun 2 milyon manat borcu var".

Qeyd olunan borcların yaranma səbəblərini öyrənmək üçün Mövqe.az sözügedən qurumlarla əlaqə saxlayıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirib: "Bu il ərzində o borcu tam bağlayacağıq. Bir az yubanmalar var. Amma bu il o borc tam şəkildə bağlanacaq. 2 milyon manat borcumuz var, onu da yaxın zamanlarda ödəyib bitirəcəyik. Həm "Azərenerji"yə, "Bakıelektrikşəbəkə"yə, həm Dövlət Sosial Müdafiə Fondun, həm də büdcəyə mütəmadi ödənişlər olur. Əvvəlki illərə nisbətən biz borclarımızı xeyli azaltmışıq. "Azərsu" təəssərüfat xarakterli müəssisədir. Əhaliyə içməli su təchizatı və tullantı sularının (su və kanalizasiya) kənarlaşdırılması xidmətlərini göstəririk, onun haqqını yığıb bütün borcları bağlayırıq. Digər ödəmələr də o vəsait hesabına reallaşdırılır".

"Azneftkimyamaş" ASC baş mühasibi Süleyman Süleymanov isə qeyd edib: "Bizim müəssisə borcu keçən ay ödəyib . Borc olduğu təqdirdə hesabı bağlayırlar. Borcumuz olan zaman ödəyirik. Dövlət Sosial Müdafiə Fonduna olan 25% -lik ödəmənin 3%-i tşçilərin məvacibindən tutulur, 22%-i isə öz gəlirimiz hesabına ödəyirik".

Dövlət Sosial Müdafiə Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev isə məsələ ilə bağlı bildirib:"Dövlət Sosial Müdafiə Fondunun daxilində Iri Sığorta Edənlərlə Iş Departamenti bu borcların alınması ilə bağlı yaradılıb. Həmin qurumlardan borcların alınması istiqamətində müvafiq işlər aparılır. Həmin borcu olan təşkilatlara qanun çərçivəsində müraciət olunub, xəbərdarlıq edilib. Onlar da söz veriblər ki, yaxın zamanda borclarını ödəyəcəklər. Əgər həmin qurumlar borclarını yaxın zamanda ödəməsələr, qanunvericilikdə nəzərdə tutulmuş normalar daxilində onlar haqqında tədbirlər görüləcək".

Sizin Reklam Yeriniz