Rezidenturaya 11 namizəd qəbul olunub
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb.
DİM-dən Movqe.az-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət edən 13 namizəddən 11-i rezidenturaya qəbul olunub.
Rezidenlər tələb olunan sənədləri avqustun 2-3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.