Paytaxtda yaşayış binasında yanğın olub - 6 nəfər təxliyə edilib
Bakıda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında ümumi sahəsi 12 kvadratmetr olan köməkçi otaqda məişət əşyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.