Hazırda sayı 57-yə çatan vergi xidmət mərkəzlərində bu ilin yanvar-iyun ayları ərzində 293 min 82 vergiödəyicisi qəbul edilib, onlara 458 min 513 xidmət göstərilib.
Movqe.az “vergiler.az” saytına istinadla xəbər verir ki, xidmət mərkəzləri tərəfindən bu ilin yanvar ayında ən çox vergi uçotuna alınmaq (60,8 faiz) və bəyannamələrin elektron formada göndərilməsi ilə bağlı xidmətlər (12,8 faiz) göstərilib.
Qeyd olunub ki, 2016-cı ilin yanvar ayında ən çox göstərilmiş xidmət bəyannamələrin elektron göndərilməsi ilə bağlı (27,4 faiz) olub, vergi uçotuna alınma ilə bağlı xidmətlər isə ümumi xidmətlərin 22 faizini təşkil edib.
Aparılmış təhlillər nəticəsində cari ilin yanvar ayında xidmət mərkəzinə müraciət etmiş vergiödəyicilərinin və ya onların səlahiyyətli nümayəndələrinin 39,8 faizinin son bir ildə 4 dəfə və daha çox, 21,1 faizinin isə 2-3 dəfə e-xidmətlərdən istifadə üçün xidmət mərkəzlərinə müraciət etdiyi müəyyənləşdirilib.