Əlaqə Arxiv
news Image
2017.08.03
16:05
| A A A
Prezident Zaqatalada qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub.Movqe.az-ın məlumatına görə, dövlət başçısına müəssisə barədə məlumat verilib.

 
İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. Gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 31 daimi və 600-ə yaxın mövsümi iş yeri açılacaq. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq.
 
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb.
 
Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxıb. Sonda xatirə şəkli çəkdirilib.

Sizin Reklam Yeriniz