Əlaqə Arxiv
news Image
2017.08.04
11:59
| A A A
ADAU-da "John Deere" təlimləri başlayıb

John Deere şirkəti ilə əməkdaşlıq çərçivəsindəAzərbaycan Dövlət Aqrar Universitetidə (ADAU) mühəndislər üçün təlimlərəbaşlanılıb. Təlimin məqsədi ölkəyə gətirilən John Deere pambıqyığan maşınlarınıntexniki göstərcilərinin və istifadə qaydalarının öyrənilməsi, bununla da növbətipambıq yığımı mövsümündə müəllim və tələbələrin texnoloji proseslərdə birbaşa iştirakının təmin edilməsi,tədris proqramlarında dəyişiklik edilərək yeni mövzuların əlavə edilməsidir. Təlimiaparmaq üçün  dəvət olunmuş şirkətin ABŞ-danolan mütəxəssisi Lary Young çıxış edərək bildirib ki, əmək bazarında rəqabətədavamlımütəxəssislərin hazırlanması üçün  ADAU-da  lazımi şərait yaradılıb və John Deere şirkətiilə əməkdaşlıq qısa müddət ərzində müsbət nəticələrini verəcəkdir.

     ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmovdan aldığımız məlumata görə t əlimin birinci günü pambıqyığan maşınınınistismar qaydaları barədə izahat işlərinə, növbəti günlər isə təlim məqsədiləuniversitetə gətirilmiş 2 ədəd John Deere pambıqyığan kombaynı üzərinə parktikiişlərə sərf olunur. 
     Xatırladaq ki, 27 iyul 2017-ci il tarixind ə JohnDeere şirkətinin regional nümayəndəsi Maximilian Pauge Azərbaycan Dövlət AqrarUniversitetinə (ADAU) səfər edib. Səfərin məqsədi  şirkətin fəaliyyətiüçün ADAU-da xüsusi otaq ayrılmasını, servis xidmətinin yaradılması, texnikaüçün kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsi məsələlərini müzakirəetmək olub.  Hazırda isə qeyd olunan məqsəd üçün universitetdə otaqayrılmış və ilkin layihələndirmə işləri aparılmışdır.
ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz