Əlaqə Arxiv
news Image
2017.08.04
15:46
| A A A
DİM xəbərdarlıq etdi: vaxtınız bitir!

Dövlət İmtahan Mərkəzi (DİM) kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.

Mərkəzdən Movqe.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi avqustun 6-da saat 23:59-da başa çatır.

Qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Sizin Reklam Yeriniz