Əlaqə Arxiv
news Image
2017.08.05
10:00
| A A A
Yararlılıq müddəti bilinməyən məhsullar
Adil Qeybulla: “Satışda bir gün belə vaxtı keçmiş məhsul olmamalıdır” Eyyub Hüseynov: “Şəhərdə malların üzərinə yeni tarix yapışdıran müəyyən yerlər var”

Müşahidələr göstərir ki, bir çox mağazalarda satışda olan və daha çox uşaqların aldığı kökələrin üzərində son istifadə tarixi qeyd edilməyib. Azyaşlıların orqanizminin həssaslığını nəzərə alsaq, belə məhsulları istifadə edənlərin necə təlükə ilə üz-üzə qaldığını təsəvvür etmək elə də çətin deyil. Bəzən olur ki, digər məhsulların üzərində də yaralılıq müddəti göstərilmir. Yaxud da yazıları oxumaq mümkün olmur. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, satışda bir gün belə vaxtı keçmiş məhsul olmamalıdır: “Həmin məhsullar utilizasiya edilməlidir. Ancaq təəssüf ki, bəzən onların vaxtı dəyişdirili, silinir. Nəzərə alaq ki,  həmin dövrdən sonra vaxtı keçmiş məhsullar ən azından keyfiyyət parametrini itirməyə başlayırlar. Bəzi hallarda isə onların tərkibində müxtəlif mikroorqanizmlər inkişaf edə, müxtəlif parçalnma məhsulları ola bilər. Bütün bunların da zəhərlənmə və digər neqativ təsirləri mümkündür. Vaxtı keçmiş məhsullarda kiflənmə baş verir ki, bu da konserogen effektlidir. İlk növbədə istehlakçılar diqqətli olmaldırlar. Vaxtı keçmiş və ya vaxtı dəqiq bilinməyən məhsulları almamalıdırlar. Bu, satışla məşğul olan şirkətləri, mağazaları seçim qarşısında qoyacaq.  Digər tərəfdən müvafiq dövlət strukturları ciddi olmalıdırlar. Düzdür, vaxtaşırı reydlər keçirilir, ancaq görünən odur ki, reydlər kifayət etmir”. 
Professor əlavə etdi ki, mallar saxlanma müddətinə 10 gün qaldıqda satışdan çıxarılmalıdır: “Hətta elə məhsul var ki, saxlanma müddətinə bir ay qalmış utilizasiya edilir. Yəni, məhsuldan məhsula fərq var. Tez xarab olan məhsulların saxlanma müddəti isə çox qısadır. Həmin məhsulları saxlanma müddətinə 1-2 gün qalmış satışdan çıxarılması lazımdır”. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hazırda ən müasir marketlərdə belə bu cür məhsullara rast gəlmək mümkündür: “Belə ki, bu gün qutularda açıq konfetlər, sellofana bükülmüş peçenyelər, müxtəlif kökələr satılır. Heç birinin üzərində də son yararlılıq müddəti yoxdur. Hətta həmin konfet yeşiklərinin alt hissəsində bəzən qurdlar olur. 
Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanın əmtəə bazarında satılan bütün məhsullar etiketləşdirilməlidir. Onların üzərində buraxılma və son yararlılıq müddəti göstərilməlidir. Odur ki, məhsulların bu cür satışı Nazirlər Kabinetinin qərarına ziddir. Amma onu da nəzərə alaq ki, şəhərdə malların üzərinə yeni tarix yapışdıran müəyyən yerlər var. Bunlar isə istehsalçıların kütləvi zəhərlənməsinə rəvac verən haldır”.  
Eyyub Hüseynov əlavə etdi ki, gösərilən vaxt keçdikdən sonra məhsul satışdan çıxarılmalıdır: “Ancaq ölkədə müəyyən insanlar var ki, malların yararlılıq müddətini artırmaq üçün iş görürlər. Çünki bu işlə bağlı mənə də təkliflər gəlib. Əslində isə ərzaq məhsullarının yararlılıq müddəti azaldılmalıdır. Ölkənin əmtəə bazarında yararlılıq müddəti 4 gün olan südlər var. Bu, yaxşı haldır və canlı məhsul deməkdir. Ümumiyyətlə, malın ömrünü uzadan kimyəvi maddə insan ömrünü qısaldır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz