Əlaqə Arxiv
news Image
2017.08.05
22:00
| A A A
Sumqayıtda yataqxanada partlayış olub: ölən və yaralananlar var (YENİLƏNİB)

Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.

Movqe.az-ın  məlumatına görə, yanğın saat 22:20 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

X X X

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib məlumatına görə, hər iki nəfər Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına aparılıb.

X X X

Sumqayıtda yataqxanada partlayış olub.

şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Trend

Sizin Reklam Yeriniz