Mingəçevir su anbarında batan şəxs xilas edilib
Mingəçevir su anbarında batan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Mingəçevir su anbarında 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 13:28-də başa çatıb.