Əlaqə Arxiv
news Image
2017.08.07
16:18
| A A A
Hirkan Milli Parkında yanğın lokallaşdırılıb

Son məlumata görə, Hirkan Milli Parkında baş vermiş yanğın lokallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

*   *   *14:27

Hirkan Milli Parkında yanğın başlayıb.

Hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, avqustun 7-də saat 13:00 radələrində Hirkan Milli Parkında yanğın başlayıb: "Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Yanğın baş verən ərazi yüksək dağlı ərazidə yerləşdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əl əməyindən istifadə edərək yanğını söndürməyə çalışırlar". 

Sizin Reklam Yeriniz