Dənizdə batan 3 nəfər xilas edilib
Dənizdə batan 3 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində günün ayrı-ayri vaxtlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.