Əlaqə Arxiv
news Image
2017.08.15
15:46
| A A A
Rusiyanın mədəniyyət naziri: “İlham Əliyev tələbələrini incitmirdi”

“Mən Azərbaycan prezidenti İlham Əliyevin tələbəsi olmuşam. Hələ prezident olmadığı dövrdə cənab Əliyev bizim qrupda beynəlxalq münasibətlərin tarixi üzrə seminar məşğələləri aparırdı. Biz - onun keçmiş tələbələri – indiyə kimi görüşərkən bunu xatırlayırıq”.

Virtualaz.org “Moskva-Bakı” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiyanın mədəniyyət naziri Vladimir Medinski deyib.

“O vaxt bilsəydik ki, professor Əliyev Azərbaycanın prezidenti olacaq, yəqin onun dediklərinə, öz dediklərimizə daha diqqətlə yanaşardıq. Lakin o zaman - sovet illərində bunu təsəvvür belə etmək mümkün deyildi. Dəqiq deyə bilərəm ki, professor Əliyev tələbələrini incitmirdi (gülür), onlara həmişə xoş yanaşırdı”, - Medinski deyib.

Sizin Reklam Yeriniz