Evdən 6 min manat pul oğurlandı
Bərdədə evdən xeyli miqdarda pul oğurlanıb.
Movqe.az DİN-ə istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cari il iyunun 21-də rayon ərazisindəki evlərdən birindən 6000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini Azər Lətifi tutulub.