Bakıda kafe yanıb
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan kafenin mətbəxində mətbəx əşyaları 4 m2 sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.