3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qazqulu kəndi ərazisində qeydə alınıb.
"VAZ 2106" və "VAZ 2107" markalı iki avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib. İki nəfərin vəziyyəti normal qiymətləndirilir. Bir nəfər, 1964-cü il təvəllüdlü Şirinov Şahinin vəziyyəti orta ağır olduğu üçün Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.