Partlayışa görə qərargah yaradıldı
Movqe.az istinadən xəbər verir ki, bu barədə azvision.az-a Giləzi qəsəbəsinin icra nümayəndəsi Aydın Dadaşov məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə bağlı qərargah yaradılıb:
"Hadisə Giləzi inzibati ərazisində baş verib. Partlayışa görə kəndin əhalisi təxliyə olunub. Mülki şəxs xəsarət almayıb. Hadisə ilə bağlı qərargah yaradılıb. Qərargah kəndə dəymiş ziyanı müəyyən edəcək. Yanğın hələ də davan edir".