Əlaqə Arxiv
news Image
2017.08.27
19:00
| A A A
Partlayışa görə təxliyə olunan sakinlər evlərinə qaytarılıblar

Azərbaycan Müdafiə Nazirliyinin N Saylı hərbi hissəsində yanğın və partlayış səbəbindən təxliyə olunan yaşayış məntəqələrinin sakinləri öz evlərinə qaytarılıb.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan Respublikası Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun birgə bəyanatında hadisə yerində yanğının lokallaşdırıldığı və daha böyük ərazidə partlayışın qarşısı alındığı bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan müdafiə nazirliyinin n saylı hərbi hissəsində silah-sursat anbarında yanğın baş verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Sizin Reklam Yeriniz