Rusiyada hərbi müəssidədə yanğın baş verib
Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində "Uralvaqonzavod" müdafiə sənayesi müəssisəsində yanğın baş verib.
Movqe.az APA-ya istinadən xəbər verir ki, zavodun rəngləmə sexində başlayan yanğın 80 kvadrat metr ərazini əhatə edib.
Yanğının qarşısının alınması üçün hadisə yerinə yanğınsöndürmə briqadaları və texnika cəlb olunub. Alovun qarşısının alınması üçün müvafiq tədbirlər görülür.