41 yaşlı ana 6 yaşlı əkiz qızlarını başlarını güllələyərək qətlə yetirəndən sonra intihar edib.
Movqe.az milli.az-a istinadən bildirir ki, olay ABŞ-ın İllinoys ştatında yaşanıb.
41 yaşlı Seliza Henninqlə onun 6 yaşlı əkiz qızları Makalya və Eddisonun cəsədləri Çikaqo şəhərindən 4 saatlıq yoldakı Cülyet şəhərində, Şimali Rid səmtindəki 400-cü məhəllədəki evdə tapılıb.
Selizanın əri evə qayıdarkən arvadını və qızlarını vanna otağında ölü görüb.
Polisdən verilən məlumata görə, E.Henninq əkiz qızlarını tapançadan atəş açaraq qətlə yetirəndən sonra özünü vurub.
Elizanın qayınatası Dennis Henninq Chicago Tribune-a açıqlamasında bildirib ki, faciə baş verən gün oğlu işdə olub: "Oğlum su kəməri şirkətində çalışır. Dünən o, dəfələrlə evə zəng vurub, arvadı ilə danışmağa çalışıb. Lakin telefon zənglərinə cavab verilməyib. Oğlum narahat olub və işdən evə yollanıb ki, nə baş verdiyini anlasın. O, evə girib, qızlarını və arvadını görməyib. Bir qədər sonra isə Elizanın, Makalyanın və Eddisonun cəsədlərini vanna otağında görüb. Oğlum özündə deyil. Faciədir".
Cülyet şəhərinin polis rəisi Brayan Benton faciənin təfərrüatları barədə məlumat verməyib.
Qonşu Coan Pol isə Eliza Henninqin səmimi, əxlaqlı, ailəsinə və övladlarına sonsuz dərəcədə bağlı insan olduğunu söyləyib.