Əlaqə Arxiv
news Image
2017.08.30
14:38
| A A A
BDU-nun ilk azərbaycanlı rektorunun barelyefi açıldı - FOTO

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ərəfəsində universitetin ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında xatirə barelyefinin açılış mərasimi keçirilib.

Universitetdən Movqe.az-a verilən məlumata görə, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov açılış mərasiminin ali təhsil ocağı üçün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 1892-ci ildə anadan olan T.Şahbazi Bakıda birinci rus-tatar realnı məktəbində, sonra isə Xarkov Universitetinin fizika və riyaziyyat fakültəsinin tibb şöbəsində təhsil alıb. 1922-1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-1926-cı illərdə Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb. Abel Məhərrəmovun sözlərinə görə, BDU-nun ilk azərbaycanlı rektoru kimi Tağı Şahbazi universitetə rəhbərlik etdiyi 3 il ərzində çox böyük işlər görüb. Belə ki, milli dildə dərslər çoxalıb, Vətən tarixi tədris olunmağa başlayıb, milli kadrlar və tələbələrin sayı surətlə artıb. Tağı Şahbazi universitetin dörd rektorundan biri kimi repressiyalara məruz qalıb, "millətçi" damğası ilə güllələnib.

Professor Cahangir Məmmədli və T. Şahbazinin ailəsi adından çıxış edən Suğra Rzayeva tədbirin əhəmiyyətindən danışıb, görkəmli ədib və ictimai xadimin xatirəsinə göstərdiyi diqqətə görə BDU rəhbərliyi və kollektivinə təşəkkürlərini bildiriblər.

Onu da bildirək ki, universitetin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlər sırasında bir müddət öncə Rusiyanın Stavropol vilayətinin Yessentuki şəhərində BDU-nun yaradıcılarından biri və ilk rektoru, professor Vasili Razumovskinin də xatirə barelyefinin açılış mərasimi baş tutub.

Sizin Reklam Yeriniz