Sabahdan şadlıq evlərində standartın tətbiqininin monitorinqinə başlanılacaq
"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
şadlıq evlərilə bağlı hazırlanan standartların tətbiqi ilə əlaqədar
verilən vaxt sabah tamam olur. Artıq sabahdan etibarən şadlıq
evlərində standartların tətbiqi ilə bağlı yoxlamaların aparılması
üçün işlərə başlanılacaq". Bu məlumatı Movqe.az-a
açıqlamasında Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı
verib. Onun sözlərinə görə, standartların tətbiqi üçün nəzərdə
tutulan tarix həftəsonuna təsadüf etdiyindən, sabahdan yoxlamaların
aparılacağı şadlıq evləri ilə bağlı qrafik tutulacaq: "Gələn
həftədən etibarən isə yoxlamalara başlanılacaq. Yoxlamalar zamanı
şadlıq evlərinin mətbəxlərində çalışan heyətin tibbi müayinədən
keçməsi və yoluxucu xəstəliklərin olmadığı haqqında arayış alması
ilə yanaşı, sarayda çalışan adinistratorun, süfrəçinin, barmenin,
somelyenin və aşbazların işlədikləri sahə üzrə təhsilli
olib-olmadığı, rəqs meydançasının, menyuda göstərilən
yeməklərin tərkibinin standartlara uygunluğu və sair təftiş
ediləcək. Bu yeni qayda Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin hazırladığı "Şadlıq saraylarının təsnifatı
və qaydalar" dövlət standartında nəzərdə tutulub. Təbii ki, bizim
nümayəndələr birdən-birə şadlıq evlərində standartlara əməl etməyən
sahibkarlara qarşı sərt tədbirlər görməyəcəklər. Yəni əslində
məqsəd sahibkarlıq obyektlərinə qarşı hər hansı təyziqlər etmək
yox, tədricən bu sahədə vəziyyəti standartların tələblərinə
uyğunlaşdırmaqdır. Odur ki, biz sahibkarlara yenidən müraciət
edərək onları standartların tələblərinə əməl etməyə
çağırırıq".
F. Talıblı şadlıq evlərində aparılacaq yoxlamaların keçirilən məclisləri pozmayacağını, sadəcə olaraq standartın tələbinə uyğun olub-olmadığnın yoxlanılacağını bildirdi. Onun sözlərinə görə, bəzi mətbu orqanlarda standartların tətbiqinin şadlıq evlərində qiymət bahalaşmasına səbəb olacağı barədə iqtisadçı proqnozları səhvdir: "Standartların tətbiqi heç bir halda qiymətləri bahalaşdırmayacaq. Çünki, bunun üçün sahibkarlardan sadəcə standartların tələblərinə əməl etmət tələb olunur".