Əlaqə Arxiv
news Image
2013.03.01
15:06
| A A A
Naxçıvanda mürəkkəb açıq ürək əməliyyatı həyata keçirilib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 23 fevral-5 mart tarixlərində  Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatları keçirilib.  Movqe. az-ın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığı xəbərə görə, əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasından Rəşad Mahmudovun rəhbərlik etdiyi 30 nəfərlik mütəxəssis heyət tərəfindən aparılıb.

 

Onu da qeyd edək ki, əməliyyatlarla yanaşı, mərkəzdə 50-60 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunacaq. Bununla yanaşı, rezident və gənc həkimlərin praktik və nəzəri təcrübəsinin artırılması məqsədilə İzmir şəhərindən dəvət olunmuş professor Suat Buket tərəfindən treninq kursları keçiriləcək.


Sizin Reklam Yeriniz