Azərbaycanda körpü uçub, yol bağlanıb
Ələt-Astara magistralı yolunun 140-cı kilometrliyində - Cəlilabad şəhəri ərazisində körpü uçub.
Movqe.az-in məlumatına görə hadisə ötən gün axşam saatlarında baş
verib.
Sement daşıyan ağır tonnajlı yük maşını Mişarçayın üzərindən keçmək istəyərkən qəfildən körpü aşıb. Sürücünün sayıqlığı sayəsində maşını vaxtında körpünün kənara çəkmək mümkün olub.
Uzunluğu 20, eni 10 metr olan körpünün uçması ilə Bakı və əks istiqamətdə avtomobillərin hərəkəti dayanıb. Müvafiq qurumların qəza briqadaları hadisə yerinə cəlb olunublar. Nəqliyyatın hərəkətinin bərpası üçün alternativ yolun çəkilişi istiqamətində tədbirlər görülür.