Əlaqə Arxiv
news Image
2017.10.02
09:45
| A A A
Quduzluq təhlükəsi və onun profilaktikası

Quduzluq xəstəliyi sonu ölümlə nəticələn təhlükəli infeksion xəstəliklər sırasına aiddir. Quduzluq xəstəliyinin törədiciləri olan viruslar xəstə heyvanın dişləməsi nəticəsində zədə və dişləmə nahiyəsindən tüpürcək vasitəsilə sağlam orqanizmin toxumasına daxil olur, oradan hüceyrələrə daxil olaraq mərkəzi sinir sisteminə doğru irəliləməyə başlayır, sinirlə yayılaraq virus tüpürcək vəzilərinə, beyin qabığına, hippokampa, bulbar mərkəzlərə çataraq sinir toxumasını kütləvi şəkildə zədələyir və burada çox ağır, geridönməyən dəyişikliklərə-ödem, qansızma, degenerativ və nekrotik dəyişikliklərə səbəb olur. Buna görə də xəstəliyin inkubasiya dövrü 1 ilə qədər uzana bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu barədə danışıb. O, qeyd edib ki, quduzluq xəstəliyinin yayılmasının əsas səbəbi heyvanlar arasında vaksinasiya işlərinin aparılmaması, sahibsiz itlərin artması, vəhşi heyvanların miqrasiyası, sel basmış ərazilərdə canavar, çaqqal və digər çöl heyvanlarının yerlərinin dəyişməsi, vəhşi heyvanlarının artımının tənzimlənməsinin mümkünsüzlüyüdür.

Həkim-infeksionist daha sonra deyib: "Quduzluğun iki tipi ayırd edilir: şəhər tipi (it, pişik, kənd təsərrüfatı heyvanları və s.) və təbiət tipi (canavar, tüklü, yarasa və s.). Təbiətdə xəstəliyin uzunmüddətli təbii rezervuarı, daşıyıcıları gəmiricilər hesab edildiyi barədə ehtimallar mövcuddur. Onlar xəstəliyə yoluxandan bir neçə gün sonra ölürlər. İnsanlar quduzluq xəstəliyinə yoluxduqda isə nisbətən daha uzun müddət davam etsə də, ölümlə nəticələnir. Xəstəlikdən sağalma nadir hallarda qeydə alınır.

Heyvanın dişləmə yerinin olması və zədələnmiş dəri nahiyəsinə quduz heyvanın ağız suyunun düşməsi böyük əhəmiyyət daşıyır. Eyni zamanda udlaq əzələlərinin iflici ilə əlaqədar olaraq su və qidanı görəndə baş verən qoxu (hətta 1 stəkan su da içmək olmur) zəif hava mehinə qarşı yaranan qoxu (aerofobiya) tüpürcək ifrazının çoxalması və daimi olaraq ağız bucaqlarından ağız suyunun axması böyük diaqnostik əhəmiyyətə malikdir. Adətən xəstəliyin laborator təsdiqinə ehtiyac qalmır.

Sizin Reklam Yeriniz