"20-ci sahə"də uçqun prosesi yenidən aktivləşə bilər
Bunu Movqe.az-a Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası
Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi
partiyasının rəisi Sadiq Əmiraslanov deyib. Onun sözlərinə görə, "20-ci sahə"də uçqun
əhəng daşı qırıntılarının aşınması nəticəsində baş verib.
"Bu, ciddi uçqundur. "20-ci sahə"də tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyi ilə birgə təkliflər hazırlanaraq müvafiq qurumlara verilib", - nazirlik rəsmisi deyib.
Əmiraslanovun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106, 107, 111-ci km-lərində sürüşmə sahələrində, Ağsu aşırımı və Muğanlı-İsmayıllı yollarında sürüşmə sahələrində nisbi aktivləşmə müşahidə edilir.
ETSN nümayəndəsi bildirib ki, hazırda Abşeron yarımadasındakı sürüşmə sahələrində ciddi aktivlik yoxdur. Ancaq Abşeron yarımadası daxil olmaqla, bütün respublika ərazisindəki uçqun və sürüşmə prosesinə məruz qalmış yamaclarda atmosferin təsiri nəticəsində aktivləşmə hər an gözlənilir.