Əlaqə Arxiv
news Image
2017.10.03
17:49
| A A A
FHN: Köməksiz vəziyyətdə qalan əcnəbi turistlərin sağlamlığı üçün təhlükə yoxdur

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri  Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşib.
 
Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək.
 
 

Sizin Reklam Yeriniz