Əlaqə Arxiv
news Image
2017.10.04
11:48
| A A A
Yarmarkaya çıxarılacaq balların içərisində keyfiyyətsizləri aşkarlanıb-Rəsmi açıqlama

Paytaxtda keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına  arıçıların qeydiyyatı və balların qəbulu başa çatıb.

Bu barədə Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev məlumat verib. Q. Əbdüləliyev bildirib ki, 30 sentyabr tarixinədək 336 arıçı qeydiyyatdan keçib. Anbara 130 ton bal qəbul edilib. Q. Əbdüləliyev hazırda anbara qəbul edilən balların yoxlanma mərhələsində olduğunu söyləyib. Onun sözlərinə görə, balların keyfiyyətinin yoxlanılması üçün labarator müayinələr sabah günün sonuna qədər başa çatacaq. Q. Əbdüləliyev yarmarkada iştirak etmək üçün arıçılardan qəbul edilən balın bir qisminin keyfiyyətinin standarta uyğun olmadığını bildirib: "İndidən keyfiyyətsiz ballar barədə dəqiq rəqəm söyləmək olmaz. Amma deyim ki, anbara qəbul edilən ballar arasında keyfiyyət göstəricisi aşağı olan balların həcmi 20 faizdən azdır".  

Şöbə müdiri arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına ən çox balın Lənkəran və Şəki-Zaqatala iqtisadi rayonlarından gətirildiyini bildirib. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz