Əlaqə Arxiv
news Image
2017.10.09
12:58
| A A A
20 ton bal keyfiyyətsiz çıxdı-Rəsmi açıqlama

Paytaxtda keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına gətirilən balın 20-tonu keyfiyyətsiz çıxıb. Bu barədə Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev məlumat verib. Q. Əbdüləliyev bildirib ki, yarmarkada iştirak üçün 336 arıçı qeydiyyatdan keçib. Anbara 130 ton bal qəbul edilib. Q. Əbdüləliyev anbara qəbul edilən balların 5-6 parametrə görə, standart yoxlama protokolu qaydasına uyğun yoxlanmadan keçirildiyini söylədi. Şöbə müdiri keyfiyyətsiz balların ən çox Daşkəsən və Astara iqtisadi rayonlarının arıçıları tərəfindən gətirildiyini bildirdi:”Keyfiyyət standartlarına uyğun olmayan ballar arasında Gəncə, Lənkəran iqtisadi rayonlarının arıçılarının anbara təqdim etdiyi ballar da var”. Onun sözlərinə görə, labarotoriyada nöqsan tapılan ballar yarmarka başa çatandan sonra arıcılara geri qaytarılacaq. Nazirlik səlahiyyətlisi bal yarmarkasının sabah saat 12-də açılacağını bildirib. O, qeyd edib ki, oktyabrın 10-dan  Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, ünvanda (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) açılacaq  arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası noyabrın 10-dək dvaam edəcək. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz