Əlaqə Arxiv
news Image
2017.10.10
11:41
| A A A
Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai siyasi həyatında aparıcı qüvvədir

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə "Yen i Azərbaycan Partiyası ölkəmizin ictimai siyasi həyatında aparıcı qüvvədir" devizi altında silsilə tədbirlər həyata keçirir. 04 oktyabr 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan dövlətçilik tarixində Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir Masallı şəhər Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilmişdir. 
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev acmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bu əlamətdar gün münasibəti ilə tədbir iştirtakçılarını təbrik etmiş bildirmişdir ki, “Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır.Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb. Hazırda YAP-ın üzvlərinin sayının 700 mindən çox olduğunu bildirən Seyfəddin Əliyev deyib ki, partiyaya olan bu maraq Ulu öndərin ideyalarına sədaqətdən, Möhtərəm Prezident cənab İlham Əliyevə olan inam və etimaddan irəli gəlir.
Rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının siyasi kampaniyalarda qazandığı qələbələri xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin, həmçinin Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevə etimadının nümunəsi adlandıraraq, ölkəmizin qazandığı uğurlarda, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərində partiya fəallarının rolunu və xidmətlərini yüksək dəyərləndirib. 
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Şura üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov çıxış edərək diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı və dövlətinin olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya olduğu bir şəraitdə xalqın istəyi və çağırışı ilə yaranıb: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan əsl müstəqilliyə qovuşdu, ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, milli inkişafın əsası qoyuldu”.
Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev çıxış edərək qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası bu gün cənab Prezident İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni Azərbaycan Partiyası 25 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Xalqa, vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verir. 
Tədbirdə rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva, Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan qadınlar və gənclərin dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə hər zaman sədaqətli olduqlarını bildiriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz