Əlaqə Arxiv
news Image
2017.10.23
16:56
| A A A
Burnunu əməliyyat etdirdi, gips açıldıqdan sonra burnundan sap sallandı-Bakıda cərrah səhvi

Bakıda rinoplastik əməliyyat etdirən pasiyentin burnunda sap qalıb. Bu barədə Movqe.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib. E. Hüseynov bildirib ki, paytaxt sakini, Lalə Həsənova  əcnəbi həkim tərəfindən iki dəfə keçirilən uğursuz burun əməliyyatından sonra burnunu yerli rinoplastik cərraha etibar edib.  Birlik sədri deyib ki, “Baki City” hospitalda L. Həsənovanın burnunu əməliyyat edən lor-cərrahı Cavid İsmayılov onun 2300 manat  pulunu alsa da, əməliyyatdan sonra pasiyentin burnunda sap qaldığı üzə çıxıb: “Əməliyyatdan bir müddət keçdikdən sonra artiq şiş çəkildikdə, burun formalaşmağa başladıqda pasiyent burnunun ucunda sap qaldığını görüb. Sapın çıxarılması üçün həkimin yanına gedib. Həmin vaxt həkim Cavid İsmayılov özü qayçı və pinsetlə aralayıb sapı bir az kəsib. Lakin sapın kökü içəridə qaldığından quruması üçün pasiyentə dərman yazıb. L. Həsənova həmin dərmanı vursa da, heç bir effekt görməyib. Yenidən həmin sapın tamamilə çıxarılması üçün həkimin yanına gedəndə pasiyentdən yenidən 100 manat tələb ediblər. Burunda əməliyyat zamanı sapın qalması həkimin günahı olsa da, pasiyentdən 100 manat pul alıblar”.
Lor-cərrahı Cavid İsmayılov Movqe.az-a açıqlamasında faktı inkar etsə də, L. Həsənova Movqe.az-ın əməkdaşı ilə söhbətində əlində buna dair sübut olduğunu söyləyib. O, bildirib ki, lor-cərrah bu məlumatın ictimailəşdirilməsini istəməsədə, özü pozulmuş hüquqlarının bərpasını tələb edir.
 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz