Əlaqə Arxiv
news Image
2017.10.25
16:12
| A A A
Universitetin liftində 17 nəfər qaldı

Bakıda universitetin liftində 17 nəfər qalıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə xəbər daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər. Əməliyyat başa çatıb.

Sizin Reklam Yeriniz