Əlaqə Arxiv
news Image
2017.10.27
13:55
| A A A
Elektromobillər Azərbaycan üçün də zərurətə çevrilir
Azər Allahverənov: “Bunun üçün ilk növbədə elektromobillər populyarlaşmalı, habelə ona xidmət göstərilməsi üçün zəruri infrastruktur olmalıdır” Avropa ölkələrində, ABŞ-da, Çində və bir çox dövlətlərdə elektromobillərdən istifadəyə keçid sürətlə artır. Yaxın tezlikdə belə avtomobillərdən daha çox sayda insanın istifadəsi proqnozlaşdırılır. Bəs, Azərbaycanda nədən bu avtomobillər hələ də populyarlıq qazanmır?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun fikrincə, elektromobillərin Azərbaycanda populyar olması üçün onların təbliği və zəruri infrastrukturun olması vacibdir: “Təbii ki, istənilən halda nəqliyyat vasitələri arasında elektromobillərdən istifadə halları populyarlıq qazanmalıdır. Həmçinin, həmin nəqliyyat vasitəsinə əhalidə maraq oyanmalıdır.  

Elektromobillər həm ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir, həm də kifayət qədər qənaət etməyə imkan verir. Ən azından bu iki kriteriyaya görə Azərbaycan avtomobil istehlakçıları elektromobil almağa üz tuta bilərlər. Lakin bunun üçün birinci növbədə həmin nəqliyyat növünün özü populyarlaşmalıdır. Digər tərəfədən həmin nəqliyyat vasitəsinə xidmətlərin göstərilməsi üçün zəruri infrastruktur olmalıdır. Onun enerji ilə təchizat sistemi təkmil şəkildə qurulmalıdır. Bu gün addımbaşı yanacaqdoldurma məntəqələrinə rast gəldiyimiz kimi, elektromobillərin də zəruri qaydada enerjilə təchiz olunması, həm də ona xidmət göstərilməsi məsələsi öz həllini tapmalıdır. Azərbaycanda indilikdə mühərriki yanacaqla işləyən, bir də sıxılmış qazla idarə olunan nəqliyyat vasitələri vardır. 
Mavi qazla işləyən avtomobillərin işə salınması sistemində müəyyən problemlər yaşananda peşəkar ustaların tapılmasında çətinlik çəkilir. Yəni, onun təmiri istehlakçılar üçün müəyyən mənada problemlər yaradır. Bu baxımdan elektromobilin enerji sistemində hər hansı bir nasazlıq yaranarsa, peşəkar ustaları tapmaq müşkülə çevriləcək. Yəni, servis mərkəzləri də kifayət qədər təkmil olmalıdır. Bunlar olarsa, elektromobillərədn istifadə edən insanların sayı da bir qədər artar. Deməli, yanacaq və qənaət baxımından sərf etsə də, Bakıda satılan belə nəqliyyat vasitələrinin qiyməti kifayət qədər yüksəkdir. Elektromobillərlə müqayisədə adi avtomobilin qiyməti iki dəfə ucuz başa gəldiyikdən müştəri də ikinciyə üstünlük verməkdə davam edəcək. Ona görə də burada bir neçə kontekstdə iş görmək lazımdır. Həm infrastruktur, maddi-texniki bazanın gücləndirilməsi, həm polulyarlasdırmaq nöqteyi-nəzərindən hətta ola bilsin, elektromobillərə idxalda rüsumların azaldılması mənasında müəyyən  güzəştlər də edilsin. Belə olduğu halda insanlar həmin növ avtomobillərə meyl göstərə bilərlər. Amma bu, bir-iki ayın məsələsi deyil. Azərbaycanda uzun müddətdir ki, bu istiqamətdə danışılır. Hətta müvafiq icra orqanları da bu və ya digər formada mövqeyini ortaya qoyub. Lakin istehlakçı bütün hallarda imkanını, cibindəki pulunu ölçür və alacağı həmin maşına xidmət göstərilməsi məsələsinə diqqət yetirir”. 
 

Rüfət NADİROĞLU   
 

 

Sizin Reklam Yeriniz