Əlaqə Arxiv
news Image
2017.10.27
15:38
| A A A
Bu avtobusların Saraya girişi qadağan olundu- Yol polisi saxlayıb cərimə meydançasına aparır

Sumqayıt-Saray-Bakı istiqamətində sərnişin daşıyan 501 və 503 saylı avtobusların Saray qəsəbəsinə girişi qadağan olunub. Bu barədə Movqe.az-a sərnişinlər məlumat verib. Sərnişinlərin verdiyi xəbərə görə, bu gündən etibarən Sumqayıtdan Bakıya, eləcə də əks istiqamətə sərnişin daşıyan 501 və 503 saylı avtobusların Saray qəsəbəsinə daxil olmasına icazə verilməyib. Məlumata görə, Saray qəsəbəsinə daxil olan avtobuslar yol polisinin “Sumqayıt körpüsü"ndə saxlanılaraq sərnişinlər avtobusdan düşürdüldükdən sonra cərimə meydançasına aparılır: “Avtobuslar “Sumqayıt körpüsü"nə çatdıqda Saray qəsəbəsindən gələn avtobusları yol polisləri saxlayırlar. Camaatı Saraydan Bakıya indi taksilər daşıyır. Sürücülər deyir ki, Sumqayıt Şəhər İcra hakimiyyəti "Sumqayıt Nəqliyyat" MMC sahibkarlara tələb qoyub ki, sərnişinlər Sumqayıta əsas girişdən daxil olmalıdırlar".

Movqe.az məsələni dəqiqləşdirmək üçün "Sumqayıt Nəqliyyat" MMC ilə əlaqə saxlayıb. Qurumun dispetçer xidmətindən bildiriblər ki, MMC ancaq Sumqayıtın daxilində, Corat və H.Z. Tağıyevə qədər sərnişindaşıyan daxili avtobuslara nəzarət edir. Bakı istiqamətində hərəkət edən avtobusların hansı xətlə sərnişin daşıması, daşıyıcı sahibkarların öz qərarıdır: "Əgər sahibkar Saraya daxil olmaq istəmirsə onu məcbur edə bilmərik ki..."

Qeyd edək ki, Xırdalan-Saray-Sumqayıt istiqamətində, eləcədə Binəqədi-Novxanı-Sumqayıt istiqamətində sərnişin daşıyan   523 a, 985 saylı avtobuslara da eyni qadağa qoyulub.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz