Əlaqə Arxiv
news Image
2017.10.31
08:00
| A A A
Bakıda yeni tikinti bumu başlanır
Rəşad Əliyev: “Söküntü işləri daşınmaz əmlak bazarında qiymətlərə də təsir edəcək” Rövşən Talıbzadə: “Burada əsas məqsəd istismar müddəti bitmiş binaların yeniləri ilə əvəzlənməsidir”

Paytaxtda istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam etdirilir. Pirallahı və Xəzər rayonları istisna olmaqla, Bakının bütün rayon icra hakimiyyətlərinə söküntü ilə səlahiyyət verilib. Pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb. Belə binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb. Qeyd olunub ki, layihənin növbəti mərhələsi “Xutor”da başlayacaq. 

Ekspertlərin fikrincə, “Sovetski”dən sonra “Xutor”da söküntü işlərinin başlaması paytaxtın inşaat sektorunda canlanma yarada bilər. Bu fonda yeni tikinti bumu, qiymətlərin aşağı düşməsi qaçılmaz olacaq. 
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, söküntü işlərinin həyata keçirilməsi çoxdan gözlənilirdi: “Bir qədər gec olsa da, başlanılıb. Həyata keçiriləcək söküntünün müsbət cəhətləri çoxdur. Tikinti işləri ilk növbədə iqtisadiyyatı müəyyən qədər stimullaşdıracaq. Söküntü işləri tikinti materialları bazarında canlanma yaradacaq. Düzdür, bunun daşınmaz əmlak bazarına təsiri haqqında əvvəlcədən fikir bildirmək bir qədər çətindir. Ancaq bu proses və vaxtsa baş verməli idi”.
Ekspert əlavə etdi ki, söküntü işləri əmlak bazarının yaxşı vaxtlarına təsadüf etsəydi, əhəmiyyətli dərəcə tikinti bumu görə bilərdik: “Ancaq hazırda daşınmaz əmlak bazarında vəziyyət o qədər də yaxşı deyil. O baxımdan da indiki söküntü işləri tikinti sektorunda böhranın vurduğu ziyanı kompensasiya edəcək. Yəni hələlik tikinti bumundan danışmaq hələ tezdir. Çünki prosesin nə qədər uğurlu gedecəyini bilmirik”.
Rəşad Əliyevin fikrincə, söküntü işləri daşınmaz əmlak bazarında qiymətlərə də təsir edəcək: “Nəzərə alaq ki, daşınmaz əmlak bazarında bu məsələdə qısamüddətli və uzunmüddətli perspektivlər tam bir-birinə əksdir. Məlumdur ki, binalar sökülən zaman vətəndaşlar kirayəyə çıxırlar. Bu da kirayə bazarında canlanma yaradacaq. Binaları investorlar tikir. Həmin binadakı mənzillərin bir hissəsini əvvəl orada yaşayanlara verəcəklər. Ondan da çox mənzillər satışa çıxarılacaq”.
“Əmlak” Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə bildirdi ki, 5 illik pilot layihələr həyata keçirilir: “Burada əsas məqsəd istismar müddəti bitmiş bianaların yeniləri ilə əvəzlənməsidir. Bu, həm təhlükəsizlik, həm də şəhərin görünüşünün yaxşılaşdırlması baxımından atılmış addımdır. Pilot layihənin keçirilməsinin müsbət tərəfləri çoxdur. İlk növbədə sakinlər həmin binanın yerində tikilən binada yeni mənzilə sahib olacaqlar. 
Bundan başqa, həmin tikililər seymsik tələblərə cavab verən yeni binalardır. Yalnız təhlükəsizlik yox, həm də sakinlərin rahatlığı baxımından bunu müsbət qiymətləndirmək olar. Eyni zamanda memarlıq üslubuna, enerji səmərəliliyən görə də üstünlük təşkil edir. Nəzərə alaq ki, köhnə binalarda kommunikasiya xətləri də istismar müddətini bitirib. Bütün bunlar isə şəhərimizin xarici görünüşü gözəlləşdirən amillərdir. Yeni binaların tikinti həmçinin inşaat sektorunda canlanma yaradacaq. Belə ki, tikinti materiallarının istehsal həcmi artır, yeni iş yerləri açılır. Yeni tikilən binalar həmçinin mənzil fonudunun həcmini artıracaq. İlkin mənzil bazarında təklif portfelinin artmasına səbəb olur ki, rəqabət yaradır. Nəticədə bazarda qiymətlərin ən azı stabil qalması, ən yaxşı halda isə aşağı düşməsinə gətirib çıxarır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz