Əlaqə Arxiv
news Image
2017.10.31
14:49
| A A A
Evdən qaçıb internet kluba gediblər - İtkin düşən şagirdlər tapıldılar

182 mömrəli tam orta məktəbdə iki şagirdin itkin düşməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Movqe.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən valideyn hazırda məktəbdə təhsil alan iki şagirdin itkin düşdüyünü və bu kimi halın son bir ayda 3-cü dəfə yaşandığını bildirib. 

Məsələylə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Ziynət Tağıyeva bildirib ki, hər hansı oğurluq və itkin düşmə halından söz gedə bilməz, sadəcə olaraq, şagirdlər evdən qaçıb internet kluba gediblər:

"4-cü sinif şagirdləridir. Oyun oynamaq üçün internet kluba gediblər. Tapıb gətirmişik, hazırda dərsdədirlər. Şagirlərin tez-tez oğurlanması isə yalan söhbətdir".

 

Sizin Reklam Yeriniz