Ölkənin baş pediatrı peyvəndlə bağlı müraciət etdi
"Uşaqlara vurulan peyvəndlərin azyaşlıları autizm xəstəliyinə
mübtəla etməsi ilə bağlı yayılan informasiyalar yalnışdır və
zərərlidir. Bu heç bir əsası olmayan məlumatı ictimaiyyətə yayanlar
uşaqlara hansı zərbəni vurduqlarının fərqində deyillər".
Bu sözləri Movqe.az-a ölkənin baş pediatrı Nəsib Quliyev son günlər peyvəndlərin zərərli olması ilə bağlı yayılan məlumatlara münasibətində bildirib. Onun sözlərinə görə, uşaqlara vurulan peyvəndlərin tərkibinin ağır metallarla zəngin olması barədə səslənən fikirlər heç bir elmi əsası yoxdur: "Azərbaycana gətirilən peyvəndlər digər ölkələrdə istifadə olunan peyvənddən heç nə ilə fərqlənmir. Dünyada üç-dörd peyvənd istehsalı ilə məşğul olan müəssisə var. Həmin müəssisələr də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nəzarətindədir. ÜST-ün texniki ekspert komissiyasının qruplarındakı ekspertlər peyvəndlərin tərkibinə, necə hazırlandığına nəzarət edirlər. Həmin müəssisələrdə hazırlanmış peyvəndlər bütün dünyaya yayılır. Azərbaycanda azyaşlılara vurulan peyvənlərin tərkibini şübhə altına salan məlumatlar yayan insanlar bunun məsuliyyətini dərk etməlidirlər. Başa düşməlidirlər ki, bu valideynlər arasında əsassız olaraq peyvənddən imtinaya gətirib çıxara bilər ki, bu da uşaqların sağlamlığı baxımından təlükəlidir. Peyvənd 20 yüzilliyin tibbdə naliyyəti elan olunub. Peyvəndin autizm xəstəliyi yaratması barədə cəfəngiyyat danışanlara demək istəyirəm ki, bu xəstəliyin etimologiyası heç tibbə bəlli deyil. Haradan bildilər ki, peyvənd autizm yaradır. Mən valideynlərə səslənib demək istəyirəm ki, bu cəfəngiyatlara uyub uşaqlarını peyvənd etdirməkdən çəkindirməsinlər. Əgər peyvənd zərərli olsaydı indi hamilə qadınların da peyvənd olunması zəruri bilinməzdi".
Xatırladaq ki, Əhməd Rəhmanov adlı Bakı sakini 2008-ci il təvəllüdlü oğlu Rəfael Rəhmanova 3 il öncə müxtəlif peyvəndlər olunduğunu, peyvənddən sonra uşağın autizm xəstəliyinə tutulduğunu iddia edir. O, mətbuata verdiyi müsahibələrində iddia edir ki, peyvəndlərin tərkibində olan timerosal (orqanik civə) sovet dövründə istifadə edilən peyvəndlərə nisbətən 2 dəfə artırılıb: "Əgər bu vaksin birdəfəlik qabda yox, bir neçə dəfə istifadə oluna bilən qablarda qablaşdırılıbsa, onun tərkibindəki doza Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə normadan 35 dəfə çoxdur. Valideyn bildirir ki, timerosal (tiomersal) civə tərkibli konservantdır. Qızılca (AKDS), qanazlığı (hemofiliya), hepatit B, qripə qarşı vaksinlərə əlavə olunur. Yüksək toksiki kimyəvi birləşmə əsasən alüminium vaksinin qarışığı ilə istifadə olunduqda əsəb sisteminin pozulmasına gətirib çıxarır. Əgər həkim təyinatı ilə istifadə olunmasa, bu, uşaqların əsəb sistemini poza bilər. Üçüncü dərəcəli ölkələrdə isə ucuz başa gəlsin deyə, saxlama müddətini uzatmaq üçün həmin vaksinlərə civənin tərkibi normadan çox vurulur".