Nəqliyyat nazirliyi avtobus çatışmazlığına görə sahibkarları günahlandırdı
Bakıətrafı qəsəbə və kəndlərdən mərkəzə sərnişindaşıma xidməti
göstərən bir çox marşurutların ixtisar olunması sərnişin sıxlığı
olan ərazilərdə avtobus problemi yaradıb. İndi Bakıətrafı
qəsəbələrdən mərkəzə gəlmək, xüsusilə pik saatlarda sərnişinlərə
məşəqqətli saatlar yaşadır. Bakının Binəqədi qəsəbəsindən Gənclik
metrostansiyası istiqamətinə sərnişinlərə yalnız bir marşurut
xidmət göstərdiyindən, səhər və axşam saatlarında sərnişinlər
saatlarla 133 saylı avtobusun yolunu gözləmək məcburiyyətində
qalırlar. Xüsusilə səhər saatlarında 133 saylı avtobusa minə
bilməyən sərnişinlər taksinin xidmətindən istifadə etmək
məcburiyyətində qalırlar. Cinarə adlı valideyn deyir ki,
qonşularının çoxu uşağını səhər dərsə apara bilmədiyindən,
şəhərin mərkəzindəki məktəblərdən çıxartmaq məcburiyyətində qalıb:
"133-ə böyük minə bilmir o ki, qala uşaqlar ola. Hər gün avtobusun
qapısı açıq gedirik şəhərə. Avtobusun qapısınadək o qədər sərnişin
minir ki, adamın az qalır ürəyi sıxılsın. Yenə biz kənddən minirik
deyə ayaq üstə, tıxacda da olsa gedirik. Vay üçüncü, dördüncü
dayanacaqlarda duranların gününə. Onlar heç ayaq üstə də gedə
bilmirlər. Eləsi var ki, 4-5 avtobus keçirir 6-cısına güclə minə
bilir. Heç avtobus 3-cü dayanacaqdan sonra saxlamır da. Çünki
avtobusun sərnişin əlindən qapısı belə bağlanmır".
Sərnişinlərin Movqe.az-a verdikləri məlumata görə, pik saatlarında Binəqədi kəndində əməlli-başlı avtobus qıtlığı yaranır. Sərnişinlər mənzil başına çatmaq üçün iki, bəzən üç avtobusun xidmətindən yararlanmaq məcburiyyətində qaldıqlarını söyləyirlər. Onların sözlərinə görə, marşurutlar ixtisar edilərkən bu qəsəbənin, eləcə də, Bakı ətrafı kəndlərin sərnişin sıxlığı nəzərə alınmayıb: "Bu boyda kəndin camaatını şəhərə bir marşurut daşıyır. O biri marşurutu ixtisar edəndən, Binəqədi qəsəbəsinin camaatı saatlarla avtobus yolu gözləyir. Bunu nəzərə almayıb avtobusları ixtisar edirlər. Camaat da qalır yollarda".
Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə deyir ki, Binəqədi sakinlərinin bu problemi ilə bağlı aidiyyatı quruma məlumat verəcək. O ki, qaldı Bakıətrafı qəsəbələrin avtobus probleminə, N. Həsənov bunun günahkarının marşurut sahibləri olduğunu söyləyir. Onun sözlərinə görə, xətt sahiblərinin bəzən lazimi sayda avtobus alamağa imkanı çatmır. Bu isə sərnişinlərin daşınmasında problem yaradır: "Biz biri-birini təkrarlayan xətləri ləğv etmişik. Bu zaman xətlər müayinə olunur. Sərnişin sıxlığı öyrənilir. Sərnişinlərin sıxlığı olan yerlərdə xətlər istisar olunmur. Əgər lazımi sayda avtobusla təmin olunarsa sərnişinlərin daşınmasında problem də olmaz. Elə xətt sahibləri var ki, lazımi sayda avtobus almağa imkanları çatmır. Ona görə də, belə problemlər yaranır".
Qeyd edək ki, mərkəzə sərnişin daşıyan marşurutların ixtisarı Bakıətrafı kənd və qəsəbələrin çoxunda problemlər yaradıb. İndi sərnişinlər mərkəzə gəlmək üçün saatlarla avtobus yolu gözləməklə yanaşı, mənzil başına çatmaq üçün iki-üç avtobus dəyişməli olurlar. Bu isə sərnişinlərin büdcəsinə təsir edir. Xatırladaq ki, Nəqliyyat nazirliyinin xətləri ixtisar etməsi nəticəsində bu sahədə xidmət göstərən sahibkarların sayı 50-ə enib. Bu isə təbii ki, şəhərdaxili sərnişindaşımada problemlərə yol açıb.