Məlumat verildyi kimi bu günlərdə Türkiyənin daxili işlər naziri Müammər Gülər 10 il ərzində 15 min 588 Azərbaycan vətəndaşının Türkiyədə yeni vətəndaşlıq aldığıın bildirib. Hansı səbəbdən soydaşlarımızın xarici ölkə vətəndaşlığını almasının səbəbləri barədə isə ekspertlər tərəfindən maraqıl fikirlər səslənir. Ekspert Əlövsət Əliyev məsələ ilə bağlı Mövqe.az-a bildirib: "15000 azərbaycanlının Türkiyə vətəndaşlığını qəbul etməsi çox böyük rəqəm deyil. Türkiyə respublikası Rusiya və Belarusdan sonra 3-cü ölkədir ki, azərbaycanlılar daha çox sayda həmin respublikaya gedirlər. Rusiya Federasiyası, Belarus, Ukrayna, Qazaxıstandan fərqli olaraq Türkiyəyə gedənlərin 50%-dən çoxu ailə birləşməsi proqramı çərçivəsində gedirlər. Yəni onlar türk vətəndaşlarla ailə həyatı qururlar. Onlar ailə həyatı qurub, orada müvəqqəti yaşayış hüququ əldə edib, sonra daimi vətəndaşlığı qəbul edən şəxslərdir. Türkiyə hüquqi, qoşulduğu beynəlxalq qanunlara ciddi əməl edən dövlətdir. BMT-nin "Ərli qadınların vətəndaşlığı haqqıda konvensiya"sı var. Həmin konvensiyanın tələbinə görə Azərbaycan öhdəlik götürüb ki, Azərbaycan vətəndaşına ərə gəlmiş əcnəbi qadınlara sadələşdirilmiş qaydada öz vətəndaşlığını versin
Sadələşdirilmiş şərtlərə görə Türkiyə Azərbaycandan gedən vətəndaşlara öz vətəndaşlığını verib. Həmçinin Azərbaycandan gedən inanlar Türkiyənin ictimai təhlükəsizliyi üçün də təhlükə hesab olunmur. Mən buna normal baxıram. Təhsil proqramları çərçivəsində, beynəlxalq təşkilatlarda işləyənlər, işlə bağlı əməkçi miqrantlar və başqa səbəblərdən Türkiyəyə gedən və oranın vətəndaşlığını qəbul edənlər var".
Azərbaycan vətəndaşlığıın almış xaricilərin sayına gəlincə, ekspert bildirib: "Təssüflər olsun ki, Dövlət Miqrasiya Xidməti vətəndaşlıqla bağlı müraciət edən şəxslərin müraciətini məxfi saxlayır və onlar hesab edirlər ki, vətəndaşlıqla bağlı edilən müraciətlər dövlət sirridir və o vətəndaşlara yayılmalı deyil. Buna görə də qurumnə öz saytında, nə keçirdiyi mətbuat konfranslarında, nə də ki, yadığı press-relizlərdə bununla bağlı heç bir məlumat açıqlamır".
Miqrasiya üzrə ekspert Azər Allahverənov isə qeyd edir: "Çox maraqlı statistik rəqəmdir. Məsələ bundadır ki, başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxslər Azərbaycan respublikası vətəndaşlığından imtina etməlidirlər. Türkiyədə müvəqqəti yaşayanlar və yaxud da bizneslə məşğul olan insanlar müxtəlif səbəblərdən Türkiyə vətəndaşlığını qəbul edirlər. Kimisi uzun müddət orda yaşamaqla, bir qism isə türk vətəndaş ilə nigaha daxil olmaqla o vətəndaşlığı alır. Amma bu o demək deyil ki, o sayda insan Azərbaycan vətəndaşlığından imtina etmişdir. İkili vətəndşlıq yolu ilə bu proseslər baş verir. Mən əminəm ki, 15000-in çox hissəsi türk vətəndaşı ilə ailə quran xanımlardır. Sonradan övladları da türk vətəndaşı olur. Hər il orta hesabla 12-15 min Azərbaycan vətəndaşı Türkiyədə daimi yaşamaq icazəsi üçün müraciət edir. Amma həmin statistik rəqəmlər bizdə yoxdur. Bununla belə Avropada demoqrafik məsələlərlə bağlı qrumlardan, xüsusilə də ATƏT-in əhalinin miqrasiyası və demoqrafiyası ilə məşğul olan komitəsindən əldə etdiyimiz məlumata görə Türkiyədən müraciət edən AR vətəndaşların sayı ildən –ilə artır. 5-6 il bundan qabaq il ərzində müraciət edənlərin sayı 5 min olmuşdusa, artıq 2010-2011 ci ildə müraciət edənlərin sayı 12-15 min civarinda olub. 2 il ərzində 30.000-ə qədər insan orada daimi yaşamaq üçün müraciət edibdir".
Ekspert xatırladır ki, keçən il keçirilən tədbirdə 40-dan artıq xarici vətəndaşa Azərbaycan vətəndaşlığı verilib: "Keçən ilin dekabrında Dövlət Miqrasiya Xidməti keçirdiyi tədbirdə Azərbaycan vətəndaşlığı əldə edən insanlara təmtəraqlı şəkildə şəxsiyyət vəsiqələri təqdim etdi. 40-dan artıq insana Azərbaycan vətəndaşlığı verildi".