Dərslik müəllifləri TQDK-nın cəmi 11 rəyi ilə razılaşdılar
4-cü sinif üzrə 3 dərsliyin - "Azərbaycan dili", və "Riyaziyyat" və
"Həyat bilgisi" dərsliklərinin müəllifləri Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının (TQDK) iradlarından cəmi 11-i ilə
razılaşıblar. Bu barədə Movqe.az-a müəlliflər məlumat verib. 4-cü
sinif "Azərbaycan dili" dərsliyinin əsas müəllifi Rafiq İsmayılov
bildirib ki, TQDK-nın yazdığı 72 iraddan cəmi 9-u ilə razıdır.
Həmin iradların çoxu da vergüllərin yerinin səhf düşməsi ilə
bağlıdır.
4-cü sinif "Riyaziyyat" dərsliyinin əsas müəllifi Nayma Qəhrəmanova isə bildirib ki, TQDK-nın 98 ittihamının cəmi-cümlətanı 3-ü ilə razılaşıb: " Həmin iradlar da fərqi olmayan iradlardır. Yəni mənim yazdığım kimi də ola bilər, TQDK-nın ekspertlərinin dedikləri kimi də. Mən yazmışam bu toplama əməliyyatından neçə rəqəm alınar? TQDK məsləhət görür ki, hansı rəqəm alınar, yazılsın. İradların çoxu texniki xarakterlidir. Cəmi 3-ü ilə razılaşmışam.
4-cü sinif "Həyat bilgisi" dərsliyinin müəllifi Bahar Kərimova da artıq TQDK-ya cavab hazırladığını əksər iradları qəbul etmədiyini söylədi.
Qeyd edək ki, TQDK respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün "Azərbaycan dili" dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki, "Azərbaycan dili 4" dərsliyinin (müəlliflər: R. İsmayılov, S. Abdullayeva, D. Cəfərova, X. Qasımova) respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və dərslik yenidən hazırlanmalıdır.
Ekspert Şurasının qərarında qeyd olunur ki, "Azərbaycan dili" dərsliyin məzmununda, dil qaydalarının, oxu materiallarının təqdimində, seçimində qüsurlar özünü göstərir. Bir çox məqamlarda orfoqrafiya və durğu işarələri ilə bağlı yanlışlığa yol verilib. 4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilib. Mətnlərə aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq bacarıqlarına çevrilməsi yoxdur. Dərslikdə tez-tez pulla bağlı humanistlik mövzusuna müraciət olunur. Rəydə bildirilir ki, maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil. Bir neçə məqamda isə illüstrasiyalar münasib sayılmayıb.
"Riyaziyyat" dərsliyində qeyd olunur ki, dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənaraçıxmalar var. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif edilmiş şəkildə verilib. Dərsliyin Azərbaycan və rus variantlarında xeyli uyğunsuzluqlar var. Elə təəssürat yaradır ki, bunlar sanki ayrı dərsliklərdir. Dərslikdə çoxlu sayda struktur xətaları var. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var. Dərsliyin tərtibatı nöqsanlıdır".
Qərarda "Həyat bilgisi" dərsliyindəki çatışmazlıqlar da öz əksini tapıb: ""Həyat bilgisi" dərsliyi rəsmi dövlət sənədlərinə – tədris planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin subyektiv mülahizələrinə əsaslandığına görə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri onun əsasında formalaşdırmaq praktiki cəhətdən qeyri-mümkündür". Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb. TQDK artıq dərsliklərə dair yekun rəyi bu gün Təhsil Nazirliyinə göndərib.