Əlaqə Arxiv
news Image
2017.12.01
09:50
| A A A
Səfirlik və konsulluqların ticarət nümayəndələrinin aparatları dövlət orqanlarının aparatı siyahısına daxil edilib
Nazirlər Kabineti dövlət orqanlarının aparatının və onun bölmələrinin adlarının təsdiq edilməsi qərarına dəyişiklik edib

Nazirlər Kabineti "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə" qərara dəyişiklik edib.

"Movqe" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları siyahısına daxil edilib.

Sizin Reklam Yeriniz