Əlaqə Arxiv
news Image
2017.12.01
20:30
| A A A
İstanbulda İŞİD üzvü olan xarici vətəndaşlar saxlanıldılar

İstanbulda polis bu gün İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, şəhər polisinin yaydığı xəbərdə həyata keçirilən əməliyyat nəticəsində İŞİD terror təşkilatının 62 üzvünün saxlanıldığı qeyd olunub.

Məlumata görə, saxlanılanlar xarici vətəndaşlardır. Onların milli mənsubiyyəti barədə isə məlumat verilməyib.

 

Qeyd olunur ki, əməliyyatlar bir neçə ünvanda eyni zamanda aparılır

Sizin Reklam Yeriniz