Əlaqə Arxiv
news Image
2017.12.01
21:30
| A A A
"Azərbaycanda ingilis dilində telekanal yaradılmalıdır" - Deputat

Milli Məclisdə Azərbaycanda ingilis dilində televiziya kanalının yaradılması təklif edilib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bildirib ki, Ukraynada, Qazaxıstanda və digər postsovet ölkələrində artıq sırf ingilis dilli kanal var.

O, gələn ilin dövlət büdcə layihəsində Azərbaycan Dövlət Televiziyasına 32, İctimai Televiziyaya isə 12 milyon manat ayrılmasına da etiraz edib: "Havayı yerə bu kanallara büdcədən bu qədər pulun ayrılması nəyə lazımdır? Bunlara ayrılan vəsaitləri sırf ingilis dilli kanalın yaradılmasına yönəltmək lazımdır. Biz gələn il milyonlarla pul sərf edərək turistlərin cəlb edilməsini nəzərdə tutmuşuq. Bunun üçün informasiya təbliğatımız yetərlidirmi? Xeyr. Ona görə də belə bir kanalın açılması zəruridir".

Sizin Reklam Yeriniz