Əlaqə Arxiv
news Image
2017.12.01
14:12
| A A A
Türkiyədə azərbaycanlı həkimi ölümdən qaytardılar - FOTO

Azərbaycanlı uşaq həkimi Turan Əliyevanı türk həkimlər ölümdən qaytarıblar. Bakıda mədə kiçiltmə əməliyyatı keçirən 36 yaşlı T. Əliyevanın sonradan səhhətində ciddi problemləri yaranıb. Həkimlər 90 faiz həyatını itirmə ehtimalı olduğunu bildiriblər. Həyat yoldaşı ambulans təyyarə ilə İstanbula gətirdikdən sonra T. Əliyevanı xilas etmək mümkün olub

Movqe.az virtualaz.org-a istinadən xəbər verir ki, Avrasiya Xəstəxanasında Əli Durmuş həkim tərəfindən əməliyyat olunan xəstə həkimə və xəstəxananın bütün heyətinə təşəkkür edib: "Mədə kiçiltmə əməliyyatından əvvəl çəkim 100 kq idi. Əməliyyatdan sonra mədədə sızma əmələ gəldi. Bu müddət ərzində nə qədər zülm çəkdiyimi anlada bilmirəm. Azərbaycanda həkimlər həyat yoldaşıma 90 faiz həyatımı itirmə ehtimalının olduğunu dedilər. Ölkəmdə bu cür riskli vəziyyətdə müdaxilə edəcək həkim olmadığı üçün təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirildim. Həkim həyat yoldaşıma bu 90 faizin deyil, sağalmağa ümid verən 10 faizin yanında olduğumuzu deyib. Həkimlərin müdaxiləsindən sonra o çətin vəziyyətdən xilas ola bildim. Bir ay xəstəxanada qaldım və hazırda 58 kiloqram çəki ilə özümü çox yaxşı hiss edirəm", - həkim bildirib.

 

Xəstəni əməliyyat edən həkim mədə kiçiltmə əməliyyatı keçirən xəstələrin 2 faizində belə riskin yaranma ehtimalı olduğunu deyib.

Sizin Reklam Yeriniz