Əlaqə Arxiv
news Image
2017.12.02
17:17
| A A A
Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçirilib

Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçirilib.

Movqe.az-ın məlumatına görə, 3 dekabr “Beynəlxalq Əlillər Günü” münasibəti ilə keçirilən konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək idi.

Konsertdə Daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin əlilləri, 1saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış ediblər.

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşaiyət edib.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nü əlilliyi olan insanların Beynəlxalq günü kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. “Beynəlxalq Əlillər Günü”nün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

Trend

Sizin Reklam Yeriniz