Əlaqə Arxiv
news Image
2017.12.03
15:30
| A A A
Salyanda 3 otaqlı ev yanıb: iki azyaşlı uşaq ölüb

Salyan rayonunda yanğın olub.

Movqe.az-a  FHN-dən verilən məlumata əsasən, rayonun Boranıkənd kəndində ümumi sahəsi 162 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə Novruz qızı və 2013-cü il təvəllüdlü Bəhrəmli Ceyranxatun Novruz qızının yanmış cəsədləri aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Sizin Reklam Yeriniz