Əlaqə Arxiv
news Image
2017.12.04
14:16
| A A A
Bakıda 9 ayda 9746 nəfər ölüb, 3698 ailə boşanıb

Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 9746 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə dəyişməmiş 5,8 olaraq eyni qalıb.

Bakı şəhər Statistika İdarəsindən Movqe.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,6 təşkil edib. Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 52,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarından ibarət olub.

2017-ci ilin doqquz ayında qeydiyyat şöbələri tərəfindən 11968 nikah və 3698 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1 boşanmaların sayı isə 2,2 olub.

Sizin Reklam Yeriniz