Əlaqə Arxiv
news Image
2017.12.04
16:58
| A A A
Məktəbli itkin düşdü

11 -ci sinif şagirdi itkin düşüb.

Movqe.az xəbər verir ki, yaxınlarının milli.az-a verdiyi məlumata görə,2001-ci il təvəllüdlü Təhməzov Fərid Məmməd oğlu artıq iki gündür ki, itkin düşüb.

Məlumata görə,əslən Cəbrayıl rayonundan məcburi köçkün olan Fərid Təhməzovun ailəsi Biləsuvar rayonu ərazisində məskunlaşıb. Şənbə günü atasının avtomobili ilə evdən çıxan şagirdi Masallı rayonu ərazisində polis saxlayıb. Avtomobil sənədsiz idarə olunduğu üçün cərimə meydançasına aparılıb. Yaxınlarının sözlərinə görə, ondan sonra övladları ilə əlaqə saxlaya bilməyiblər.

Fotoda olan şəxsi görənlərdən polisə və aşağıdakı nömrəyə xəbər vermələri xahiş olunur.

 

Əlaqə nömrəsi: 0517535300

Sizin Reklam Yeriniz