Əlaqə Arxiv
news Image
2017.12.05
11:45
| A A A
Binəqədi yolu nə vaxt istifadəyə veriləcək?

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin ikinci mərhələsi davam etdirilir.

Movqe.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Milli.Az-a verdiyi məlumata görə, yol yaxın günlərdə istifadəyə veriləcək.

"Hava şəraiti ilə əlaqədar olaraq gecikmə olub. Hazırda ərazidə iş gedir. Yaxın günlərdə yol istifadəyə veriləcək".

Qeyd edək ki, yolda bütün kommunikasiya xətləri yenilənib, yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi qurulub, suların kollektora ötürülməsi üçün yol boyu 300 mm-lik drenaj borular çəkilib, yağış barmaqlıqları qoyulub.

Sizin Reklam Yeriniz